“Bullinqi DAYANDIR!” adlı seminar keçirildi

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun layihəsi çərçivəsində məktəbimizdə Bullinqi DAYANDIR!” adlı seminar keçirildi. Seminara 32 nəfər X-XI sinifdə oxuyan şagirdlər cəlb edildi.  Seminarda layihənin rəhbəri Tünzalə Cavadova bullinqin mahiyyəti və onun zərərləri, ondan necə qorunmaq və bullinqə qarşı necə mübarizə aparmaq barədə məruzə etdi. Nəsimi Rayon Gənclər və Kiçik İdman idarəsinin baş məsləhətçisi Şəhla Balqanova, məktəbin psixoloqu Gülbəniz Hüseynova və müəllim heyəti də müzakirəyə qoşuldular.

Layihədə əsas məqsəd bullinqə məruz qalmış gəncləri aşkar etmək və bullinqin fəsadları haqqında gəncləri, onların ailələrini və müəllim heyətini maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi