Azərbaycan Dövlətinin Müstəqilliyinin Bərpasının 30 illiyi

Bu gün məktəbimizdə 18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Sevək Azərbaycanı!" adlı elmi-bədii seminar keçirildi. Seminarın elmi hissəsində məktəbin tarix müəllimi Günay Allahverdiyeva Azərbaycan dövlətinin müstəqillik tarixini və bu tarixin şanlı səhifələri haqqınıda məruzə etdi. 8"A" sinif şagirdləri: Zəhra Ağayeva, Mirkazım Cəfərov, Bayandur Hacıyev, Füzuli Musazadə, Amaliya Rəhimova dövlətimizin müstəqillik tarixi ilə bağlı təqdimatlarını səsləndirdilər. Bədii hissədə şagirdlər: Fatimə Seyidova və Xalidə Qocayeva vətənpərvər ruhda şeirlər ifa etdilər və videoçarxlar təqdim olundu. Bayram əhval-ruhiyyəli tədbir iştirakçılarda vətənpərvərlik duyğularının bir daha yüksəlməsi və böyük coşğu hissi ilə sona yetdi. Məktəbin direktoru Sitarə Abbasova elmi-bədii seminar haqqında fikirlərini şagirdlərlə bölüşərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi