Xüsusi istedadlı şagirdlərlə işin təşkili
13 oktyabr tarixində metodbirləşmə iclası keçirildi. İclasda VIII-XI sinif şagirdləri arasında Respublika Fənn Olimpiadasının 30 oktyabr tarixində məktəb turunun keçirilməsi və “Zəfər yolu” inşa yazı müsabiqəsinin məktəb turunun nəticələri müzakirə olundu. Metodbirləşmə rəhbərlərinə RFO-nun suallarının tərtibi və şagirdlərin olimpiadaya tam hazırlığı məqsədilə istifadə olunacaq mənbələr haqqında məlumat verildi. “Zəfər yolu” inşa yazı müsabiqəsində məktəbi təmsil edəcək ən yaxşı inşa yazı müəyyənləşdirildi.