Qazilərlə görüş
Oktyabrın 4-ü Cəbrayıl rayonunun düşmən işğalından azad olduğu gündür. Bu qələbə 44 günlük Vətən müharibəsində Milli Ordumuzun əldə etdiyi ilk uğurlu əməliyyatlardandır. Ali Baş Komandan İlham Əliyevin zəfərə doğru gedən yolda bu qələbə xəbəri hər bir azərbaycanlını sevinc göz yaşlarına qərq etmişdir. Şagirdlərimizə tariximizin bu günlərini aşılamaq məqsədilə NRİH birinci müavini Verdiyeva Gülarə xanımın təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə 10-11-ci sinif şagirdlərinin görüşü keçirildi. Görüşdə qazilər döyüş təəssüratlarını məktəblilər ilə bölüşdülər. Vətəni sevməyi və qorumağı, layiqli vətəndaş olmağı tövsiyə etdilər.