Yeniyetməlik yaş böhranı və intiharın profilaktikası mövsusunda seminar keçirildi
28 sentyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, bölmənin metodistləri Heyran Səfərova və Əziz Kərimovun təqdimatında idarənin tabeliyində olan ümumtəhsil məktəblərinin 6-11-ci siniflərinin rəhbərləri üçün yeniyetməlik yaş böhranı və intiharın profilaktikası mövsusunda seminar təşkil olundu. Seminarda intihar riskini dəyərləndirərkən diqqət yetiriləcək amillər, qarşısını almaq üçün qoruyucu təsirlər, intihar ərəfəsində diqqət çəkəcək məqamlar, istifadə edilən ifadələr barədə maarifləndirici məlumatlar nəzərə çatdırıldı, tövsiyələr verildi.