Sinif rəhbərləri ilə görüş keçirildi
Sentyabrın 8-də məktəb rəhbərliyi sinif rəhbərləri ilə görüş keçirdi. Sentyabrın 7-də keçirilən brifinqdə təhsil naziri E. Əmrullayevin 2021-2022-ci tədris ilinin təşkilinə dair qeyd etdiyi məsələlər ətrafında sinif rəhbərləri ilə söhbət aparıldı.
Məktəbin yeni dərs ilinə hazırlıq vəziyyəti, məktəb heyətinin vaksin olunması, valideynlərlə əməkdaşlıq, dərsliklərin paylanması və ənənəvi tədrisin və mövcud şəraitdə keyfiyyətli təşkil olunması kimi məsələlər müzakirə olundu.