Şagirdlərimizin uğuru
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.
Müsabiqədə iştirak edən şagirdlərimiz rayon mərhələsində uğur qazanmaqla müsabiqənin final mərhələsində iştirak hüququ əldə edib.Bu münasibətlə şagirdlərimizi ürəkdən təbrik edir, onların VI Respublika fənn müsabiqələrinin final mərhələsində də uğur qazanacaqlarına inanırıq.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.