İntellektual müsabiqə keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli F-56 nömrəli əmri ilə təsdiq edilmiş Dahi Azərbaycan şairi Nizami Gəncəvinin
880 illik yubileyi ilə əlaqədar 7 may tarixində IX-XI sinif şagirdləri arasında ”Nizami dünyası“ adlı onlayn intellektual müsabiqə keçirildi.
Müsabiqə iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığına aid sualları cavablandırdılar. Daha çox suala düzgün cavab verən X “A” sinif
şagirdi Həşimova Ayan Elmir qızı müsabiqənin qalibi oldu.
Şagirdimiz Ayanın timsalında bütün Nizami sevərlərə uğurlar arzulayırıq!