Təhlükəsiz internet

        

    20 aprel tarixində məktəbin 5-8-ci sinif şagirdlərinin iştirakı ilə "Təhlükəsiz internet" adlı online layihəmiz reallaşdı.

         İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda həyatımızı kompütersiz, internetsiz təsəvvür etmək mümkün deyil. Məktəbyaşlı uşaqlarda da kompüterə, mobil telefonlara, internetə maraq hədsiz dərəcədədir. Araşdırmalar göstərir ki, azyaşlıların üçdə birindən çoxu iddia edir ki, internetdə təqibə məruz qalırlar. Hər beş yeniyetmədən biri bildirib ki, sosial şəbəkələrdə həmyaşıdları tərəfindən ələ salındığına görə məktəbdə məşğələləri buraxmalı olub.

            İlk öncə şagirdlərə internet üzərindən tanımadıqları insanlarla olan münasibətin yarada biləcəyi problemlər, həmin insanlar tərəfindən şantaj edilmək və digər hallarla qarşılaşarkən nə etmək lazım olduğu barədə danışıldı. Daha sonra şagirdlərə sosial şəbəkələrdə tez-tez rast gəlinən "kiberbullinq" və "fişinq hücum" halları barədə geniş məlumat verildi. Sonda şagirdlər onlara ünvanlandırılan sualları cavablandırdılar.

            Gəlin, gələcəyimiz olan uşaqlarımızı, onların sağlamlığına, mənəviyyatına təsir edən zərərli, ziyanverici informasiyalardan qoruyaq. Bunun üçün valideynlər öz uşaqları ilə daim ünsiyyətdə olmalı, onları narahat edən problemləri ilə maraqlanmalı, asudə vaxtlarında uşaqları ilə çox vaxt keçirməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi