Balaca balaların əl işləri
Məktəbin ibtidai sinif şagirdləri birdəfəlik qablardan çoxlu maraqlı əl işləri hazırlamışlar. Bunlara nümunə olaraq, güldanlar, oyuncaq heyvanlar, maskalar, saatlar, fotoşəkil üçün çərçivələr, çiçəklər, bayram üçün bəzək və digər əşyaları göstərmək olar. Şagirdlər İstifadə olunmuş şüşələr və qabları, lazımsız bir yerə atmayaraq onlara ikinci həyat vermişlər. Plastik qablardan hazırlanmış əşyalar müxtəlifliyi ilə diqqət çəkir. Onlar orijinal, yüngül və müasirdir. Şagirdlər diplomla da təltif olunmuşlar.