Ümumdünya Mülki Müdafiə günü qeyd edilib
1972-ci il 1 mart tarixində Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə “Ümumdünya Mülki Müdafiə günü” elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.
Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Bu gün münasibəti ilə məktəbimizin şagird və müəllimləri əyani və onlayn formada fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olduğunu nümayiş etdirib.