20 Yanvar faciəsinin 31-ci ildönümü
Yanvarın 19-da bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də ilk online dərslər 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edildi.
Müəllimlər bu tarixi gün haqqında şagirdlərə geniş məlumat verdilər. Onlar bildirdilər ki, ”20 Yanvar” xalqımızın hüzn və şərəf günüdür. Yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini ,milli azaqlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Daha sonra şagirdlər şəhidlərə həsr olunmuş şeirlər və kiçik hekayələr söylədilər.
Məktəbin digər sinif şagirdləri də müxtəlif rəsmlər çəkməklə, esselər yazmaqla, şəhidlərin xatirəsinə həsr olunmuş roliklər düzəltməklə onlara öz ehtiramlarını bildirdilər. Bundan başqa online layihələr təqdim olundu.
Bütün bunlar onu göstərir ki, biz heç bir zaman onları unutmamışıq və unutmayacağıq. Müstəqilliyimizin ilk qaranquşlarının xatirəsi əbədi olaraq ürəklərimizdə yaşayacaqdır! Allah hər birinə rəhmət eləsin!