Vətənpərvərlik mövzusunda tədbir keçirilib

10.05.2016-cı il ümummilli lider H.Ə.Əliyevin 93-cü ildönümü və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin anım tədbiri keçirildi.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülü Əzizova tərəfindən hazırlanmışdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli liderimiz H.Ə.Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Gülü müəllimə son günlərdə cəbhə xəttində baş verən döyüşlərdən, ordumuzun şücaətindən, əsgər və zabitlərimizin qəhramanlığından danışdı. Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatlar haqqında şagirdlərə məlumat verib, onlarla fəxr etdiklərini xüsusi vurğuladı. Məktəbin 7 a sinif şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər, mahnılar ifa etdilər və bir sıra səhnəciklər, o cümlədən, M.Hüseynin "Odlu qılınc" əsərindən böyük məharətlə səhnəcik nümayiş etdirdilər. Sonda məktəbin direktoru R.Allahverdiyeva çıxış edərək şagirdlərə belə gözəl tədbir hazırladıqları üçün öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi