Şəhid valideynləri ilə görüş keçirildi

2 dekabr tarixində Vətən müharibəsində həlak olmuş döyüşçülərin valideynləri ilə görüş keçirildi. Online formatda keçirilən görüşdə məktəb rəhbərliyi,  müəllim kollektivinin nümayəndələri və yuxarı sinif şagirdləri iştirak etdilər.

Görüş Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbirdə şanlı ordumuzun şücaətindən şəhidlərin ölməzliyindən söhbət açıldı. Daha sonra şəhid ata və anaları öz qəhrəman övladlarının həyat yolundan, onların Vətənə olan sevgisindən  danışdılar. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər ifa etdilər.

Qeyd edək ki, Şanlı ordumuzun qələbəsi ilə yekunlaşan Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Allah rəhmət eləsin! Şəhidlərin ruhu qarşısında baş əyirik! Yaşasın müzəffər Azərbaycan Ordusu!     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi