Xocalı harayı

        26 fevral tarixində siniflərdə ilk dərslər əsrin faciəsi olan Xocalı soyqırımına həsr olundu. Faciənin 28-ci ildönümü ilə əlaqədar məktəbin akt zalında müəllim və şagirdlərin iştirakı ilə anım tədbiri keçirildi. Şagirdlərin ifasında bu dəhşətli gecəni əks etdirən şeirlər səsləndi, səhnəciklər nümayiş etdirildi, videoçarxlar göstərildi. Tədbir iştirakçıları bu qanlı tarixi bir daha ürək ağrısı ilə xatırlayaraq, insanlığa sığmayan vəhşlikləri törədən erməni qəsbkarlarına öz dərin nifrətlərini ifadə etdilər. Tədbirin davamı olaraq məktəbin müəllim kollektivi və şagirdləri tərəfindən Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi ziyarət edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi