Azərbaycan Geologiya Muzeyinə ekskursiya

Yanvarın 28-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva və coğrafiya müəllimi İradə Nəbiyevanın rəhbərliyi altında rus bölməsinin 7”C” sinif şagirdləri Azərbaycan Geologiya Muzeyinə ekskursiyaya getdilər.

Myzeylə tanışlıq onun tarixindən başladı.  Muzey bələdçisi qeyd etdi ki, Azərbaycan Geologiya Muzeyi 1982-ci ildə yaradılıb. Muzeydə ölkənin bütün bölgələrindən 5000 dağ süxuru, minerallar və kristallar vardır. Şagirdlərə  Azərbaycanın təbii sərvətləri ilə tanış olmaları üçün gözəl fürsət yarandı. Onlar həmçinin geologiya ilə bağlı audio-video materialları da dinlədilər.

Muzeyin regionalgeologiya, mineral resurslar və s. bölmələri ilə tanış olan şagirdlər ölkəmizin təbii sərvətləri haqqında çoxlu maraqlı məlumatlar topladılar.

Onlar muzeydən xoş təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi