Tarixin bir günü və ya bir günün tarixi

18 yanvar tarixində məktəbdə ilk dərslərdə “20 yanvar” faciəsi anıldı. Həmin gün məktəbin akt zalında “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N. Hacıyeva, təşkilati işlər üzrə direktor müavini G. Qoradayeva və tarix müəllimləri B. Bayramov və G. Allahverdiyeva çıxış edərək şagirdlərə qanlı hadisələr haqqında geniş məlumat verdilər.

”20 Yanvar” xalqımızın hüzn və şərəf günüdür. Yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini ,milli azaqlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar.

Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş şeirlər  və vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. Sonda hadisələrə həsr olunmuş slaydlar nümayiş etdirildi.

Bütün bunlar şəhidlərin xatirəsinə olan ehtiramın, həssas münasibətin ifadəsidir.  Şəhidlərin davamçıları varsa,  arzuları həyata keçirsə,  xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər,  yaşayırlar və hər zaman yaşayacaqlar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi