Ulu öndər Heydər Əliyevin anım günü

Dekadrın 12-də  məktəbin bütün siniflərində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hörmətlə yad edilib, ilk dərs saatları  ümummilli liderin anım gününə həsr olunub. Məktəbin akt zalında da müəllimlər və şagirdlərin iştirakı ilə anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər Ulu öndərin həyat və fəaliyyətindən geniş söhbət açaraq, bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını vurğulamışlar.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. 

Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər. Allah Ulu öndərə rəhnmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi