Bilik yarışı keçirildi

Dekabrın 6-da məktəbdə riyaziyyat və informatika fənləri üzrə VI və VII sinif şagirdlərinin iştirakı ilə bilik yarışı keçirildi.

Yarışdan əvvəl şagirdlər müxtəlif fənlər və rəqəmlər haqqında şeirlər söylədilər, riyaziyyat fənni haqqında mahnı ifa etdilər. Sonra şagirdlər arasında bilik yarışı başlandı. Onlara müxtəlif suallar təqdim olundu. Şagirdlər də öz növbəsində riyaziyyat və informatika fənləri ilə bağlı maraqlı faktlar söylədilər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin bu fənlərə olan maraq və sevgisini daha da artırmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi