Vilyam Şekspir gecəsi

       Şagirdlərdə xarici ədəbiyyata, dünya klassiklərinin əsərlərinə maraq oyatmaq, həmçinin onlarda ingilis dilində nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə dünya şöhrətli yazıçı, dramaturq Vilyam Şekspirin yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirildi.

     Akt zalının nəfis tərtibatı gecəyə xüsusi rəngarənglik gətirirdi.

     Tədbir boyu şagirdlər dahi yazıçının sonet və şeirlərindən parçalar söylədilər, mahnılar ifa etdilər, "Romeo və Culyetta", "Kral Lir", "Hamlet" əsərlərindən səhnələşdirilmiş parçaları böyük məharətlə nümayiş etdirdilər. Dahi yazıçının yaradıcılığı ilə əlaqədar müxtəlif videoçarxların nümayişi, XVI əsr saray rəqsinin ifası, şagirdlərin ingilis dilində səlist danışmağı tədbirdə iştirak edənlərin böyük marağına səbəb oldu.

    Tədbirin sonunda məktəbin direktoru A.Bayramova şagirdlərin ingilis dilində öz fikirlərini, düşüncələrini sərbəst söyləmək qabiliyyətlərinin təqdirə layiq olduğunu söylədi, xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılmasında və onlarla işin təşkilində belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi