" Qızıl payız " şagirdlərin əl işlərində

Şagirdlərin daxili aləmlərini zənginləşdirmək, estetik zövqünü inkişaf etdirmək, bacarıq və qabiliyyətlərini üzə çıxarmaq məqsədi ilə məktəbimizdə “ Qızıl payız ” sərgisi keçirildi. Şagirdlər öz fərdi fantaziyalarına, bacarıqlarına uyğun olaraq meyvə və tərəvəzlərdən, yarpaqlardan, qurumuş güllərdən, palıd qozalarından, düymə və digər aksesuarlardan müxtəlif eksponatlar hazırlayıb məktəbin foyesində sərgilədilər. Payızın bütün rəng çalarlarını ağ kağız üzərində əks etdirərək şagirdlər sərgidə həm də rəsmlərini nümayiş etdirdilər. İbtidai sinif şagirdləri isə öz əl işlərini ayrıca sərgilədilər. Bu işdə balacalara ən böyük dəstək müəllimlərindən və valideyinlərindən oldu. Sərgidə ən yadda qalan maraqlı əl işləri ilə yanaşı övladlarının uğurlarından məmnunluq duyan valideyinlərin sevinci, balacaların isə üzlərindən oxunan həyəcan və xoş duyğular oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi