"Breyn-Rinq" intellektual yarışı

VIII siniflərdə Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova "Breyn-Rinq" intellektual yarış keçirildi.
İntellektual yarışın keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq,asudə vaxtlarını səmərəli təşkil etmək, ölkəmizin milli- mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq idi.
4 turdan ibarət olan yarışda şagirdlər musiqi sədaları altında verilən tapşırıqları həvəslə yerinə yetirdilər.
Maraqlı keçən yarışda qalib komanda alqışlarla mükafatlandırıldı.