İnternetin faydaları və zərərləri

    İnformasiya texnologiyaları artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Müasir dövrdə rəqəmsallaşma həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. Uşaqların da internetdən mütəmadi şəkildə istifadə etdiyini nəzərə alaraq,  “ İnternetin faydaları və zərərləri ” mövzusunda profilaktik söhbət aparıldı.

    VIII-IX-X sinif şagirdlərinə internet resurslarının faydaları və zərərləri haqqında danışıldı. İnternetin istifadəçiləri olan uşaq və yeniyetmələrin daha cox informasiya və internet asılılığına  məruz qalması diqqətə çatdırıldı.Söylənildi ki,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir.      

      İnternetin insan həyatındakı rolu,mənfi və müsbət tərəfləri, insanlara faydaları və zərərləri haqqında sosial çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi