Əməkdar İncəsənət Xadimi şair, publisist, kinodramaturq, tərcüməçi Baba Vəziroğlu ilə görüş

10 mart 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 246 saylı orta məktəb - liseydə Əməkdar İncəsənət Xadimi, şair, nasir, publisist, kinodramaturq, tərcüməçi Baba Vəziroğlu ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə məktəbin direktoru Almaz Bayramova açmışdır. Almaz Bayramova şairin məktəblilərlə görüşünün şagirdlər üçün böyük mənəvi önəm daşıdığını qeyd etdi. Direktor bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünya¬görüşünə, söz ehtiyatlarının zənginləşməsinə, bədii mütaliəsinə müsbət təsir edəcə¬yini xüsusi vurğuladı. Tədbirdə öncə Baba Vəziroğlunun həyat və yaradıcılığına həsr olunmuş video¬rolik göstərildi. Aparıcı şairin lirik şerilərində axıcılıq, səmimilik, yüksək poetikliyin olduğunu diqqətə çatdırdı. Müəllim və şagird kollektivi proyek¬torla şairin “Bağışladım” şeirinin klipini izlədi. Sonra şagirdlər mahnı sədaları altın-da şair Baba Vəziroğlunun şeirlərindən nümunələr söylədilər. Şairin şedevr əsər¬lərindən biri olan “Heydər xalqım söyləyəcək, xalq Heydər deyəcək” adlı musiqi kompozisiyasının klipi izlənildi. Şagirdlər nəğməkar şairin sözlərinə bəstələnmiş mahnı¬lar ifa etdilər. Nəhayət, söz şair Baba Vəziroğluna verildi. Şair şağirdlərlə görüşünün onun üçün xüsusi məna kəsb etdiyini söylədi. O, çıxışında dövlətin təhsil reformalarını bəyən¬diyini qeyd elədi. Şair onun bugünkü yüksəlişində təhsilinə, müəllimlərinə minnət¬dar olduğunu diqqətə çatdırdı və şagirdlərə də yüksək təhsil uğrunda hər cür çətinliyə dözməyi tövsiyə elədi. Öz tərcümeyi - halından danışan Baba Vəziroğlu vaxtilə İsmayıllı rayonunda kənd məktəbində təhsil aldığını, Bakı Dövlət Universi¬tetinin jurna¬listika fakültəsini bitirdiyini, Moskvada M. Qorki adına Ədəbiyyat İnsti¬tutunda təhsilini davam etdirdiyini, daha sonra isə Bolqarıstanda tərcüməçilik kurs¬larında oxuduğunu söylədi.Şair müəllim və şagird kollektivi qarşısında bəzi şeirlərini oxudu və şagird və müəllimlərin müxtəlif mövzulardakı suallarını ətraflı cavablandırdı. Sonda mək¬təbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Baba Məhərrəmli çıxış edərək bil¬dirdi ki, hələ sovet dönəmində məktəblərdə ədəbi-bədii gecələr keçirilər, disput¬lar təşkil olunardı. Bu tədbirlər şagirdlərin bədii mütaliəyə həvəsini artırardı. An¬caq son dövrlərdə sanki cəmiyyətdə ciddi sözə qarşı elə bil, “mənəvi aclıq” var. Tele¬viziya və mətbuatda bayağı söhbətlər, məişət səviyyəsində aparılan verilişlər baş alıb gedir, nitq mədəniyyətinin zəifləməsi müşahidə olunur, zövqsüz musiqilər insanları yüksək dəyər¬lərdən məhrum edir, on¬ların mədəni inkişaf səviyyələrini aşağı salır. Bu ildən bü¬tün ali təhsil ocaqlarında nitq mədəniyyəti fənni məcburi fənn kimi tədris olun¬mağa baş-layıb. Təhsil Nazir¬liyi tərəfindən orta məktəblərdə şagirlərin məcburən bədii mütaliəyə cəlb edilməsi üçün tədbirlər planı hazırlanıb və uğurla həyata keçirilir. Çünki gənc nəsil virtual həyata elə aludə olub ki, bədii oxuya maraq azalıb, gənclər fikirlərini aydın ifadə etməkdə çətinlik çəkirlər. Şagirdlərin nitq bacarıq və vərdiş¬lərini inkişaf etdirməkdən ötrü Baba Vəziroğlu kimi səviyyəli, zövqlü şairlərlə görüşlərin təşkili müsbət effekt verir. Baba Vəziroğlunun şeirlərində Azərbaycan dilinin bütün incə¬likləri, axıcılığı əks olunub. Şagirdlərin milli ruhda böyüməsi, doğma dillərinin zəngin söz ehtiyatına yiyələn¬mələri üçün Baba Vəziroğlu kimi ziyalı¬larla, ədiblərlə tanışlığı, canlı ünsiyyəti, sıx təması mühüm önəm daşıyır. Tədbir yüksək coşqu ilə başa çatdı, şagird və müəllim kollektivi Baba Vəziroğlunu gül dəstələri ilə yola saldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi