https://bakimektebleri.edu.az/244/az/teachers/1/

Failə Teymurxanova Lətif
İbtidai sinif müəllimi

- Failə Teymurxanova Lətif
- Vəzifə: İbtidai sinif müəllimi
- Fənn: Ana dili, Fiziki tərbiyə, Həyat bilgisi, İnformatika, Musiqi, Riyaziyyat, Təsviri incəsənət, Texnologiya
- Bitirdiyi təhsil müəssisəsi: ADPU
- Təvəllüd: 04.09.1957
- İlk fəaliyyət ili: 11.09.1992
- E-mail: —
Teymurxanova Failə Lətif qızı 04.09.1957-ci ildə Qax rayon Qaşqaçay kəndində aanadan olm
anadan olmuşdur. 1964-cü ildə 1-ci sinfə qəbul olmuş,1974-cü ildə 10-cu sinfi bitirmişdir.
1976-cı ildə Nəsrəddin Tusi adına ADU-nin riyaziyyat fakultəsinə qəbul olmuş,1980-ci ildə həmin institutu bitirmişdir.
1992-ci ildə Binəqədi rayonu 30saylı məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
1993-cü ildən bu günə kimi Binəqədi rayonu Ə.Ələskərov adına 244saylı məktəbdə ibtidai sinif müəllimi kimi çalışır.

Gülnarə Xəlilova Ağakərim
İbtidai sinif müəllimi

- Gülnarə Xəlilova Ağakərim
- Vəzifə: İbtidai sinif müəllimi
- Fənn: Fiziki tərbiyə, Həyat bilgisi, Həyati bacarıqlar, İnformatika, Riyaziyyat, Rus dili, Təsviri incəsənət, Texnologiya
- Bitirdiyi təhsil müəssisəsi: ADNA
- Təvəllüd: 12.03.1961
- İlk fəaliyyət ili: 08.09.1995
- E-mail: —
Xəlilova Gulnarə Ağakərim qızı -1961-ci il mart ayının 12-də Ucar rayonunun Təzə-Şilyan kəndində anadan olub. Mingəçevir şəhərində 10 nömrəli tam orta məktəbi bitirib. 1984-cu ildə Neft və Kimya Akademiyasına daxil olub. 1989-cu ildə həmin Akademiyanın Qeyri üzvü maddələrin texnologiyası üzrə Kimya texnologiyasi fakultəsini biitirib. 1995-ci ildən 244 nömrəli tam orta məktəbin rus bölməsində kimya müəlliməsi vəzifəsində fəaliyyətə başlayıb. 1997-ci ildə ikinci ixtisas almaq məqsədilə Bakı Dövlət Pedaqoji Kollecinin qiyabi şöbəsinə daxil olub və Dövlət İxtisas Komissiyasının 27 iyun 2000-ci il tarixli qərarı ilə ibtidai sinif müəllimi ixtisası almişdir. Hal -hazirda Binəqədi rayon Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.

Sevda Həmidova Allahverən
Tərbiyəçi

- Sevda Həmidova Allahverən
- Vəzifə: Tərbiyəçi
- Fənn: —
- Bitirdiyi təhsil müəssisəsi: —
- Təvəllüd: 30.11.1962
- İlk fəaliyyət ili: 07.09.1995
- E-mail: —
Həmidova Sevda Allahverən qızı - 30.11.1962-ci ildə anadan olub.1969-cu ildə orta məktəbə daxil olub ,1979-cu ildə bitirmişdir.
1981-ci ildə V.İ.Lenin adına APİ-nin İbtidai təhsil pedaqogikası və metodikası fakultəsinə daxil olub, 1987-ci ildə bitirmişdir.
1987-ci ildə Nizami rayon 272saylı məktəbdə sinif müəllimi işləmişdir.
1995-ci ildən Binəqədi rayon 244saylı məktəbdə sinif müəllimi işləyir.

Gülsüm Velixanlı Mirzə
Müəllim

- Gülsüm Velixanlı Mirzə
- Vəzifə: Müəllim
- Fənn: Biologiya, Həyat bilgisi
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 30.05.1993
- İlk fəaliyyət ili: 15.09.2019
- E-mail: —
Velixanlı Gülsüm Mirzə qızı1993-cü il 30 mayda Sabirabad şəhərində anadan olub. 2010-cu ildə Sabirabad şəhəri N.Nərimanov adına 2 saylı Beynəlmiləl orta məktəbi bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olub. 2014-cü ildə həmin Universiteti bitirib. 2019-cu ildən Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə çalışır.