Fətullayeva Günəş Böyükağa qızı 1968-ci il iyunun 23-də Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Bədirli kənd orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 1985-ci ildə orta məktəbi bitirmişdir. 1996-cı ildə Bakı Ali Pedoqoji Qızlar Universitetinə qəbul olunmuş, 2000-ci ildə həmin universiteti bitirmişdir. 1998-ci ildə Binəqədi rayonu 244 saylı məktəbə ibtidai sinif müəllimi vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə işləyir.
Hümmətova Mehparə İsa qızı 1963-cü il dekabrın 12-də Bakı şəhərində anadan olmuşdur.1970-ci ildə orta məktəbin 1-ci sinfinə qəbul olmuş,1980-ci ildə orta məktəbi bitirmişdir. 1985-ci ildə Nəsirəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin “İbtidai Təlim Pedaqogika və metodikası ” fakültəsinə daxil olmuşdur.1990-cı ildə oranı bitirmişdir. 1993-cü ildənbu günə kimi Bakı şəhəri Binəqədi rayonu Əsəd Ələskərov adına 244№li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
İsmayılova Əzizə Damət qızı 16mart 1963-cü ildə Ağdam şəhərində müəllim ailəsində anadan olmuşdur. Atası Ələsgərov Damət Miri oğlu xarici dil müəllimi, anası Ələkbərova Pəriş Müzəffər qızı ədəbiyyat müəllimi olmuşdur. 1970-ci ildən 1980-ci ilə kimi Ağdam şəhəri Zoya Kosmedimyanskaya adına 2№li beynəlmiləl orta məktəbdə , eyni zamanda Ağdam şəhər 1№-li musiqi məktəbində oxumuşdur. Hər iki məktəbi əla qiymətiərlə bitirmişdir. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş,1985-ci ildə bitirmişdir. 1990-cı ilin fevral ayından bu günə qədər Əsəd Ələsgərov adına 244 saylı mək- təbdə ibtidai sinif müəllimi işləyir.1995-ci ildən 2010-cu ilə qədər məktəbdə ibtidai siniflər üzrə metodbirləşmə sədri vəzifəsində işləmişdir. 2001-ci ildən YAP-nın üzvü, eyni zamanda Binəqədi rayonu 244 saylı tam orta məktəb üzrə ilk özəl təşkilatın sədr müavinidir.2015-ci ildən həmin məktəbin ,,Qadınlar Şurası,, nın üzvüdür. 2000-ci ilin may ayında keçirilmiş ,,Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı,, ili çərçivəsində keçirilən ,,İlin ən yaxşı kabineti,, müsabiqə- sində 1-ci yer tutmuş, 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutu ,,Müəllim,,nəşriy- yatı tərəfindən dərc olunmuş ,,Xəbərlər,, elmi-metodik jurnalının 2-ci buraxılışında ,,Nitq mədəniyyəti başlıca məqsəddir,, adlı məqaləsi dərc olunmuşdur.
Kərimova Seyda Talib qızı 1980- ci il Ermənistan Respublikası Sisyan rayonu Aqudi kəndində anadan olub. 1986-cı ildə Aqudi kənd orta məktəbinin birinci sinfinə getmidir. 1994-cü ildə Baki şəhər 126 №-li tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 1994-cü ildə Bakı Mədəni Maarf Texnikumunun musiqi müəllimliyi ixtisasina daxil olmuş və 1998-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai sinif müəllimi ixtisasına daxil olmuş, 1999-cu ildən Baki şəhəri Binəqədi rayonu Ə.Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1999-2000-ci tədris ilindən bu günə qədər ibtidai sinif müəllimliyi fəaliyyətini şərəf və uğurla davam etdirir. İşlədiyi müddətdə kollektivin və dərs dediyi şagirdlərin hörmət və etimadını qazanmışdır. İqtidar Partiyası - Yeni Azərbaycan Partiyasının üzvüdür. Binəqədi rayonu Ə.Ələskərov adına 244 №-li tam orta məktəbdə YAP Qadınlar Şurasının sədridir. Müəllim kimi fəaliyyəti dövründəTələbə Qəbulu üzrə Dövlət Komissiyasında dərsliklərin yenidən hazırlanması ekspert komissiyasında səmərəli fəalliyyətini davam etdirir. Məktəb üzrə YAP gənc müəllimlər təşkilatının fəal üzvüdür.
Məhərrəmova Sevinc Mütü qızı -29.12.74-cü ildə Bakı şəhərində anadan olub.1981-ci ildə Binəqədi rayonu 99 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.1991-ci ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Pedoqogika və İbtidai təhsilin metodikası “ fakultəsinə daxil olmuşdur və 1998-ci ildə adı çəkilən fakultəni bitirmişdir. 03.09.1994-cü ildə MKTB-nin 106 №-li MİS-də təşkilatçı müəllimə vəzifəsinə təyin edilmişdir.15.05.1996-cı ildən 31.08.1998-ci ilədək 126№-li məktəbdə UBR vəzifəsində işləmişdir. 01.09.1998-ci ildən bu günə kimi Ə.Ələsgərov adına 244 saylı məktəbə ibtidai sinif müəllimi işləyir.
Təravət Yusif qızı Məhərrəmova 1967-ci il dekabr ayının 10-da Füzuli rayonunda anadan olmuşdur. 1974-cü ildə 1-ci sinfə daxil olmuş, 1984-cü ildə isə X.B.Natəvan adına şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1986-cı ildə Universitetin (V.İ.Lenin adına ADPİ)Azərbaycan dili və ədəbiyyatı fakultəsinə qəbul olmuş, 1991-ci ildə bitirmişdir. 1995-ci ildən müəllim işləyib. 1997-ci ildə APİ-nin ibtidai təhsilin pedaqogika və metodika üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir. Hal-hazırda Binəqədi rayon Ə.Ələskərov adına 244 saylı orta məktəbdə ibtidai sinif müəllim vəzifəsində işləyir.
Məmmədova Nuridə Şirin qızı -1962-ci il dekabır ayının 10-da Ermənistan Respublikasının Sisyan rayonun Qızılcıq kəndində anadan olub.Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayilli məktəbini bitirib.1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1986-ci ildə həmin universitetin İbtidai Təhsil Pedaqogikası və Metodikası fakultəsini bitirib. Həmin ildən Qızılcıq kəndində pedoqoji fəaliyyətə başlayıb. 1987-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçüb. 1996-cı ildən Binəqədi rayonu Ə. Ələsgərov adına 244 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Nəzərova Bəsti Qardaşxan qızı - 25.05.1963-cü ildə Qafan rayonu Gərd kəndində doğulub.1970-ci ildə I sinifə qəbul olunub, 1980-ci ildə Sünik 16 N-li orta məktəbi bitirib.1981-1983-cü illərdə ilk əmək fəaliyətinə başlayıb. 1983-cü ildə N.Tusi (keçmiş Lenin) adına APİ-nin İbtidai Təhsil Pedaqogika və Metodikası fakultəsinə qəbul olub, 1988-ci ildə həmin fakultəni bitirib.1994-cü ildən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə işləyir.
Qasimi Sevil Huseynqulu qızı -1960- cı ıl noyabr ayının 13- də Quba şəhərində anadan olmuşdur. 1978-ci ildə 225saylı tam orta məktəbi bitirib,1979-cu ildə Bakı Məktəbəqədər Pedaqoji məktəbə qəbul olmuşdur. 1982-ci ildə oranı bitirmişdir.1985-ci ildə Binəqədi rayonu 138 saylı uşaq bagçasına tərbiyəçi vəzifəsinə qəbul olunub.1997-ci ildə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması İnstitutuna daxil olub.1998-ci ildə oranı bitirib,1999-cu ildə öz xahişi ilə işdən azad olub.Binəqədi rayonu 244 saylı tam orta məktəbə işə qəbul olmuşdur.Hal-hazırda ibtidai sinif müəllimi vəzifəsində işləyir
244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi