Vəliyeva Telli Şirin qızı 1963-cü il sentyabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1970-1980-ci illərdə Bakı şəhəri Nizami rayonu 70 № li məktəbdə təhsil almışdır.1981-1986-cı illərdə SSRİ-nin50 illiyi adına APXDİ-nun ingilis dili fakultəsinə daxil olmuş, 1986-cı ildə həmin institutun adı çəkilən fakultəsini bitirmişdir, Pedaqoji fəaliyyətə 1986-cı ildə Tərtər rayonu Sarov kənd orta məktəbində ingilis dili müəllimi kimi başlamışdır və 1994-cü ilə kimi burada çalışmışdır. 1994-cü ildə ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərinə köçmüşdür. 1994-2004-cü illərdə Bakı şəhəri Nizami rayonu 238 №-li məktəbdə ingilis dilini tədris etmişdir. 2004-cü ildən bəridir ki, Bakı şəhəri Binəqədi rayonu Ə.Ələskərov adına 244№ li tam orta məktəbdə ingilis dilini tədris edir. Çalışdığı vaxtda kollektivin rəğbətini qazanmışdır. Ailəlidir. 2 övladı və 3 nəvəsi var.
Vəliyeva Tünzalə Qurban qızı 01 dekabr 1960 -cı ildə Naxcıvan MR Şərur rayonu Qarabağlar kəndində anadan olmuşdur. 1967 - ci ildə orta məktəbə getmişdir. 1977-ci ildə orta məktəbi bitirmişdir. 1979-cu ildə Y.Məmmədəliyev adına Naxcıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və Ədəbiyyat fakultəsinə daxil olmuşdur.1983-cü ildə institutu bitirmiş və Qarabağlar kənd 1№-li orta məktəbinə ixtisası üzrə müəıllim təyin edilmişdir. 1987-ci ildə ailə vəziyyətilə əlaqədar Bakı şəhərinə köcdüyündən Suraxanı ( Orcakinidze) rayonu 280 saylı məktəbə müəllimə təyin olunmuşdur. 20.06.1990-cı ildə Binəqədi ( Kirov ) rayonu 272 №-li uşaq bağcası- körpələr evinə tərbiyəci vəzifəsinə təyin edilmişdir. 21.09.1998-ci ildə Binəqədi rayonundakı 244 saylı məktəbə köcürülmə yolu ilə ixtisası üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimi təyin olunmuşdur. Hal- hazırda bu məktəbdə calışır.
Xəlilova Xuraman Şirxan qızı 1960cı ildə Neftçala şəhərində anadan olub.1968-1978-ci illərdə orta məktəbi bitirib.1980-ci ildə A.P.İ-nin fizika fakültəsinə daxil olub.1985-ci ildə həmin instiutunun fizika-astronomiya ixtisası üzrə bitirib.1985-ci ildən ailə vəziyyəti ilə əlaqədar olaraq müxtəlif rayonlarda (Masallı,Astara,Lənkəran) rayonlarında öz ixtisası üzrə işləmişdir.2000-ci ildən Binəqədi rayonu Ə.Ələsgərov adına 244 saylı tam orta məktəbdə fizika-astronomiya fənnini tədris edir
Xudiyeva Mehriban İsmayıl qızı -1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.1969-cu ildə Bakı şəhərində Qırmızı Əmək Bayrağə Ordenli 190№li məktəbin I sinfinə daxil olmuş,1979-cu ildə həmin məktəbi bitirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub, 1987-ci ildə” Riyaziyyatçı və riyaziyyat müəllimi”ixtisası üzrə institutu bitirmişdir. 1979-1983-cü illərdə Elmi Tədqiqat Elektrotexnika İnstitutunda laborant işləyib. 1983-1988 illərdə Binəqədi rayonu UPK-da laborant işləyib. 1988-1992 –ci illərdə Binəqədi rayonu 244nömrəli məktəbdə laborant işləyib 1992-ci ildən indiyə kimi məktəbdə riyaziyyat müəllimi işləyir.
Xudiyeva Sevinc Ənvər qızı 1964-cü il Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş və 1988-ci ildə həmin İnstitutun ingilis və fransız dilləri ixtisası üzrə fakultəsini başa vurmuşdur. 1989-cu ildən Bakı şəhəri Binəqədi rayonu Ə.Ələskərov adına 244 nomrəli tam orta məktəbdə ingilis dili fənnini tədris edir. İşlədiyi müddətdə kollektivin və dərs dediyi şagirdlərin hörmət və etimadını qazanmışdır. məktəb və rayon olimpiadalarında şagirdləri yüksək nailiyyətlər qazanməışdır.
Yusifova Arifə Kamal qızı 1971-ci il Ermənistan Respublikasının Kalinino rayonu Qızıldaş kəndində anadan olub.1988-ci ildə Lenin adına Pedoqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olmuş,1993-cü ildə həmin institutun adıçəkilən fakültəsini bitirmişdir.1993-cü ildə Bakı şəhəri Binəqədi rayon 3 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir.1999-2003-cü illərdə Şamaxı rayonu Çərkəz kənd orta məktəbində informatika müəllimi vəzifəsində işləmişdir.2004-cü ildə Binəqədi rayonu 244 saylı tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləməyə başlamışdır.Hal-hazırda Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edir.
Yusifova Ədalət Cavanşir qızı – 1962-ci il Aprelin 16-da Balakən rayonunda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinə daxil olmuş və 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmisdir. 2002-ci ildən 244 saylı orta məktəbdə ingilis dili müəllimi işləyir. Işlədiyi illər ərzində məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin böyük hörmət və rəğbətini qazanmışdır. Səmələri pedaqoji fəalliyyətinə və məktəbdə ictimai tədbirlərin təşkilinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür. Işi ilə əlaqədar müxtəlif kurslardan keçmişdir. “İngiliscə-Azərbaycanca tematik lüğət” kitabının redaktorlarından biridir.
Yusifova Umnisə Abuzər qızı 1965-ci ildə Masallı rayon Ərkivan kəndində anadan olmuşdur. 1972-ci ildə Ərkivan kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş,1982-ci ildə orta məkəbi müvəffəqiyyətlə başa vurmuşdur. 1983-cü ildə ( Vladimir İliç Lenin adına ) Azərbaycan Pedaqoji institutunun Riyaziyyat fakultəsinə daxil olmuş, 1988-ci ildə institutu müvəfəqiyyətlə bitirmişdir. 1993-cü ildən etibarənBinəqədi rayon Ə.Ələskərov adına 244 saylı orta məktəbdə Riyaziyyat müəllimi vəzifəsində çalışır.
Zeynalova Lale Rasim qizi 25 oktyabr 1964 ci ilde Baki seherinde anadan olub. 1982 ci ilde Nasimi rayonu 1sayli mektebi bitirib. Hemin ilde Azerbaycan Dovlet Universitetine filologiya Fakultesine daxil olub. 1987ci ilde hemin universiteti bitirib. 1988ci ilde 1-sayli mektebde Rus dili muallimi vazifasinde isleyib.1989-1991ci illerde Mahmudbeyov adina texniki-huma- Nitar litseyinde rus dili ve edebiyyat muallimi isleyib. 1991-ci ilden Bineqedi rayonu A.Ales Kerov adina 244sayli mektebde rus dili va edebiyyat muallimi vezifesinde bu gune kimi isleyir. Evlidir,2 ovladi var.
244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi