Qasımova Ülviyyə Qorxmaz qızı 14 dekabr 1979-cu il Bakı şəhərində anadan olub.1985-ci ildə Nərimanov rayon 200saylı məktəbin 1-ci sinfinə qəbul olmuş,1996-cı ildə məktəbin 11-ci sinfini bitirmişdir. 1997-cu ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinə İbtidai təhsil ixtisası üzrə daxil olmuş,2000-ci ildə birmişdir.1999-cu ildə Bakı Slavyan Universitetinin Filologiya Rus dili və ədəbiyyatı müəllimi fakultəsinə daxil olmuş və 2003-cü bitirmişdir. 2000-ci ildən Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbdə rus bölməsində ibtidai sinif müəlliməsi vəzifəsində calışır. İşlədiyi məktəbdə kollektivin və dərs dediyi şagirdlərin hörmət və etimadını qazanmışdır.
Salahova Səmayə Hüseynalı qızı -10.01.1967-ci ildə Laçın rayonu Şəlvə kəndində anadan olub. 1974-cü ildə Şəlvə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1984-cü ildə orta məktəbi bitirmişdir. 01.11.1986- 05.10.1989-cu illərdə “İdanova” adına sovxozun uşaq baxçasında tərbiyəçi müəllimə vəzifəsində çalışmışdır. 1993-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub 1998-ci ildə universiteti bitirmişdir. 01.09.1995-ci il tarixindən Bakı şəhəri Binəqədi rayonu Ə.Ələsgərov adına 244saylı orta məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışır.
Sarızadə Afət Ağavəli qızı 11 may 1968-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.1975-ci ildə orta məktəbin 1-ci sinfinə qəbul olmuş,1985-ci ildə bitirmişdir. 1986-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetə daxil olmuşdur.1991-ci ildə həmin universitetin “Ibtidai təlim pedaqoqikası və metodikası “ fakultəsini bitirmişdir. 1985-ci ildə Sabirabad rayonunda N.Nərimanov adına məktəbdə kitabxanaçı işləyib. 1987-ci ildən 1996-cı ilə kimi həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. 1994-cü ildə attestasiya zamanı müəllimənin dəfələrlə açıq dərsi dinlənilmişdir. Bütün bunları nəzərə alaraq müəlliməyə “Birinci kateqoriyalı müəllim” ixtisas kateqoriyası verilmişdir. 1996-cı ildən ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır.Hazırda Əsəd Ələsgərov adına 244 nömrəli məktəbin rus bölməsində ibtidai sinif müəllimi işləyir.
Səfərova Yasəmən Sultan qızı 1965-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Rəncbər kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə məktəbin 1ci sinfinə daxil olmuş 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə Yerəvan Dövlət Pedoqoji İnstitunun dil ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1987-ci ildə bitirmiş və həmin ildə Rəncbər kənd orta məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1989-cu ilin iyun ayında iş yerindən azad olmaq məcburiyyətəndə olmuşdur. Həmin ildənBinəqədi rayonundakı Rəsulzadə qəsəbəsindəki 115 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışmışdır. 1997-ci ildən Binəqədi rayon orta məktəbdə sinif müəlliməsi vəzifəsində çalışır.
Zülfiyyə İsfəndiyar qızı Səmədova 1968-ci ildə Bakı şəhərində anadan olub.1985-ci ildə 126 nömrəli orta məktəbi bitirmişdir.1987-ci ildə N.Tusi adına Azərbaycan Pedoqojı Universitetinə daxil olmuş ,1991-ci ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra elə həmin il 99 saylı orta məktəbdə ibtidadi sinif müəlliməsi kimi işə başlamışdir.1993-cü ildən 244 saylı orta məktəbdə ibtidai sinif məlliməsi kimi işləyir.
Sofiyeva Günay Qərib qızı 30.06.1986-cı ildə Ermənistan Respublikası Kalinino rayonunda anadan olub.1993-cü ildə Bakı şəhəri 111 saylı orta məktəbin birinci sinfinə gedib.2004-cü ildə həmin məktəbi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakultəsinə daxil olmuşdur. 2008-ci ildə oranı bitirmişdir.Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” fakultəsinə daxil olmuşdur. 2010-cu ildə oranı bitirmişdir. 2014-ci ildə Təhsil Nazirliyinin keçirtdiyi “Müəllimlərin işə qəbulu” müsabiqəsində iştirak etmişdir və Bakı şəhəri 112 saylı orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmuşdur.2015-ci ildə Təhsil Nazirliyinin keçirtdiyi “Müəllimlərin iş yerlərinin dəyişdirilməsi” müsabiqəsində iştirak etmişdir. Müsabiqədə yüksək nəticə göstərərək Bakı şəhəri 182 saylı orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmuşdur. 2015-ci ildən Bakı şəhəri 244 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə çalışır.
Süleymanova Rəna Vaqif qızı 14.05.1971-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1978-1988-ci illərdə 135 saylı orta məktəbdə təhsil almışdır.1995-ci ildə BDU-nun kımya fakultəsini bitirmişdir. Pedaqoji fəaliyyətinə 1993-cü ildə 283saylı orta məktəbdə UBR kimi başlamışdır. 1996-1997-ci illərdə Tusi adına APİ-nin ixtisasdəyişmə və yenidənhazırlanma kursunun ibtidai sinif bölməsində təhsil almışdır. Təhsil şöbəsının gındərişi ilə həmin təhsil ocağında oxumuşdur. 1997-ci ildən hal-hazıra kimi Ə.Ələskərov adına 244saylı tam orta məktəbdə Ibtidai sinif müəllimi vəzifəsində çalışır.
Tağıyeva Ramizə Müseyib qızı 1975-ci ildə Qərbi Azərbaycanda anadan olub.1982-ci ildə birinci sinfə qəbul edilib.1992-ci ildə Bakı şəhəri Binəqədi rayonu Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbi bitirib.1992-ci ildə ADPU-nun “İbtidai təlimin Pedaqogikası və Metodikası” fakültəsinə qəbul olub.1997-ci ildə ali məktəbi bitirib.1997-ci ildən Binəqədi rayonu Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 2016-cı ildə “Həqiqətlər və Faktlar”qəzetinin keçirdiyi sorğuya əsasən ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun ideyalarına sadiqliyinə,təhsil sahəsindəki uğurlu nümunəvi fəaliyyətinə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə,məktəbdə ibtidai fənlərin yüksək səviyyədə tədrisinə,vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə fəal iştirakına görə fəxri diplomla təltif edilib. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təlimə dəstək” mərkəzinin təşəbbüsü ilə keçirilən ibtidai siniflər üzrə “Ən yaxşı dərs” layihəsində fəal iştirakına və fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. 2018-ci ildə məktəb rəhbərliyi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə,gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərinə və məktəbin ictimai işlərində fəal iştirakına görə fəxri fərmanla təltif edilib. 2021-ci il 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli,fədakar əməyi,onların təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi yüksək qiymətləndirilib və fəxri fərmanla təltif edilib.
Teymurova Ofelya Əli qızı Doğulduğu tarix: 27.01.1967 Doğulduğu yer: Azərbaycan Respublikası Bərdə rayonu Xəsili kəndi 1974 cü ilde Bərdə rayonu Xəsili kənd orta məktəbinin 1ci sinfine qəbul olunmuşdur . 1984 cü ilde həmin mektebi bitirmişdir . 1987 ci ilde Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1992 ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibt.təlim ped. və metodikası ixtisasını bitirmişdir 1993 cü ilde Bakı şəhəri Binəqədi rayonu 248 saylı məktədə Müəllimlik fəaliyyətinə başlamışdır . 1995 ci ildən həmin rayonun Əsəd Ələsgərov adına 244 saylı məktəbində müəllimlik fəaliyyətini davam etdirir .
244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi