FƏXRİMİZ

                                  Əsəd Əjdər oğlu Ələskərov

 

     Əsəd Əjdər oğlu Ələskərov 1968 -ci ildə Laçın rayonunun Budaqdərə kəndində anadan olub. 1970 -ci ildə valideyinləri ilə birlikdə Bakı şəhərinə köçüblər.

     1985 -ci ildə 244 №li tam orta məktəbi bitirib həmin il İnşaat Mühəndislər Universitetinin axşam şöbəsinə daxil olur. 1987 -1989-cu illərdə İrkutiski şəhərində hərbi xidmətdə olub.

     1999 -cı ildə könüllü olaraq Milli Ordunun tərkibində Ağdam, Şuşa, Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüçlərdə əsl döyüş qəhrəmanlığı göstərir. 1993 -cü il mart ayının 20 -də Ağdam rayonunun Paprəvənd kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Şəhidlər Xiyabanında dəfn edilib.

      Əsəd Ələskərov 1992 -ci ildə ailə qurmuşdu.

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 №li tam orta məktəb 09 fevral 1994 –cü il tarixdən Əsəd Ələskərovun adını daşıyır. Məktəbin girişindəki divarda şəhidin adına qara qranitdən xatirə lövhəsi vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi