Kiçik Akademiya

"Kiçik Akademiya"Ə.Ələsgərov adına tam orta məktəbdə "Kiçik akademiya" fəaliyyət göstərir. Bu yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. yeni yaradılmış "Kiçik akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, toplantılar, və seminarlar keçirilir. Məktəbin direktoru Abbasov Yəhya "Kiçik akademiya"nın fəaliyyətinə diqqət yetirir. Onların keçirdiyi toplantılarda iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Şagirdlər Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika , ingilis dili, tarix, kimya, biologiya, informatika, riyaziyyat , musiqi fənləri üzrə qruplarda fəaliyyət göstərirlər. Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparılır. "Kiçik akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparır, araşdırmalar üçün məktəb kitabxanasına üz tuturlar. Şagirdlərə bu işdə “Kiçik akademiya"ya rəhbərlik edən məktəbin biologiya müəllimi Mehdiyeva Ulduz köməklik göstərir.26 mart 2019-cu il tarixdə "Kiçik Akademiya"nın bölməsinin konfransı keçirilmişdir. Konfransda X sinif şagirdləri Əmiraslanova Ülya, Rüstəmli Nərmin, Qənbərli Aysu cıxış edərək, bu sahədə etdikləri,tədqiqatlar haqqında məlumat verdilər. Konfransı "Kiçik Akademiya"nın prezidenti Mehdiyeva Ulduz açmış, sonra şagirdlər çıxış etdi. Tədqiqat işi müəllimlərin və şagirdlərin böyük marağına səbəb olmuşdur.

Ətraflı
HAQQIMIZDA

244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...

BİZİM FƏXRLƏRİMİZ

İsmiyeva Sevinc Elman

Səmər Xəlilli Çinqiz

HAQQIMIZDA

244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...

BİZİM FƏXRLƏRİMİZ

İsmiyeva Sevinc Elman

Səmər Xəlilli Çinqiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi