Nəbiyeva Hürnisə Səfirzə qızı -1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə 1977-ci ilə kimi Bakı şəhəri Kirov (indiki Binəqədi) r-nun 248 nömrəli tam orta məktəbində təhsil almışdır. 1978-ci ildən SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin ali məktəbi ingilis dili ixtisası üzrə tam kursu bitirmişdir. 1983-cü ildən 244 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1998-ci ildən həmin məktəbdə ingilis dili müəllimi işləyir.
Nəcəfova Sevinc Minbala q -1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı institutuna daxil olmuş və 1995-ci ildə həmin institutu bitirmişdir. 1996-2011-ci illərdə Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyində rus dilini tədris etmişdir. 2011-ci il sentyabr ayından Bakı şəhəri Binəqədi rayonu Ə.Ələsgərov adına 244 saylı tam orta məktəbdə rus dilini tədris edir.İşlədiyi müddətdə kollektivin və dərs dediyi şagirdlərin hörmət və etimadını qazanmışdır.
Nəsirova Xatirə 1964-cü il Bakı şəhərində anadan olub.1971-ci ildə 212saylı orta məktəbə qəbul olub,1979-cu ildə 8-ci sinfi bitirib. Həmin ildə Asəf Zeynallı adına Bakı müsiqi kollecinin xor-dirijorluq fakultəsinə daxil olmuş, 1983-cü ildə həmin kollecin adı çəkilən fakultəsini bitirmişdir. 1988-ci ildən Serebrovski adına NGÇİ (Nəriman Nərimanov adına AZNEFT)-nin mədədniyyət evində müşayiətçi və daha sonra dərnək rəhbəri vəzifəsində işləyib. 1991-ci ildən Bakı şəhəri Binəqədi rayonu Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə musiqi fənnini tədris edir. İşlədiyi müddətdə kollektivin və dərs dediyi şagirdərin hörmət və etimadını qazanmışdır. Həmçinin məktəbin bir çox tədbirlərində və şagirdlərin müxtəlif müsabiqələrə hazırlığında fəal iştrak edib.
Nəzərova Mənsumə Həsən qızı 1958-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.1979-cu ildə Bakı Dövlət Universitetinə qəbul olmuşdur və 1984-cü ildə həmin Universitetinin Coğrafiya fakultəsini bitirmişdir.1984-cü ildə Şamaxı şəhərinin 2 sayli məktəbində Coğrafiya müəllimi kimi pedoqoji fəaliyyətə başlamışdır.2001-ci ildən 244 saylı orta məktəbdə Coğrafiya və İqtisadiyyatın Əsasları fənnini tədris edir.
Nəzərova Simriyyə Rəzzaq q.- 14.06.1961-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuşdur. 1968-ci ildə məktəbə getmiş, 1978-ci ildə məktəbi bitirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-fransız dili fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin institutun adı çəkilən fakültəsini başa vurmuşdur. 1986-1988-ci illərdə təyinatla Cəlilabad rayon Ağdaş kəndində işləmişdir. 1993-cü ildə Binəqədi rayon 276 saylı tam orta məktəbdə, 1995-ci ildə Binəqədi rayon Ə.Ələsgərov adına 244 saylı tam orta məktəbdə ingilis dilini tədris edir. İşlədiyi müddətdə kollektivin və dərs dediyi şagirdlərin hörmət və etimadını qazanmışdır. .
Novruzəliyeva Mehparə Ramazan qızı 1972-ci ildə Xaçmaz rayonunda anadan olub.1990-cı ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olub,1995-ci ildə Bakı Yeyinti Sənayesi Texnikumunda laboratoriya müdiri vəzifəsində işləyirdi.2010-cu ildən Binəqədi rayonu 244 saylı orta məktəbdə fizika müəllimi olaraq işini davam etdirmişdir.Hal-hazırda 244 saylı orta məktəbdə fizika müəllimi işləyir
Rzayeva Kəmalə Abbas qızı 30 yanvar 1980-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt ş. 21 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dillər Universitetinə qəbil olmuşdur. 2000-ci ildə ingilis-fransız dilləri üzrə filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 2000-ci ildə Sumqayıt şəhər 12 saylı orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır. 2020-ci ildən bu günə qədər müəllimlərin yerdəyişmə müsabiqəsi yolu ilə Ə.Ələsgərov adına 244 saylı tam orta məktəbdə müəllim kimi iş fəaliyyətini dəvam etdirir. Ailəlidir
Mən, Heybətova Sevinc Əlidursun qızı 21.12.1972-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1979-cu ildə şəhər 10 nömrəli məktəbin 1-ci sinifinə daxil olub, 1989-cu ildə 10-cu sinifini bitirmişdir. Həmin il Bakı şəhər M.F.Axundov adına AP Rus dili və Ədəbiyyatı instututuna qəbul olmuş, 1994-cü ildə "rus dili və ədəbiyyatı müəllimliyi" üzrə ixtisasını bitirib. 1994-cü ildə təyinatla Şirvan şəhər 20 saylı məktəbdə rus dili müəllimi kimi məktəbdə tədrisə başlamış, 2003-cü ildə öz xahişimlə işdən azad olunmuşdur. Əlavə olaraq, 2007-2008-ci illlərdə Bakı Slavyan Dilləri nəzdində " azərb.dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.2017-2018-ci illərdə Bakı Evrika liseyində 2018-2019-cu illərdə 220 saylı məktəb-liseydə, 2019-2020-ci illərdə 112 nömrəli məktəbdə ( müddətli ),2020-2023-cü illərdə isə Xocəsən qəsəbəsi 103 nömrəli tam orta məktəbdə rus dilini daimi əsaslarla tədris etmiş. 2023-cü ildə yerdəyişmə müsabiqəsində iştirak edərək Bakı şəhər 244 nömrəli məktəbdə "rus dili müəllimi" ixtisası üzrə işləmək hüququ qazanmışdır.
Qasımov İmran Salman oğlu-26 oktyabr 1961-ci ildə Erm.SSR Güllübulaq kəndində anadan olmusdur.1979-cu ildə orta məktəbi bitirmisdir.1980-1982-ci illərdə Sovet ordusunun tərkibində Əfqanıstan Respublikasında hərbi xidmətdə olmusdur.1983-cü ildən 1995-ci ilədək Bakı 1 nömrəli Evtikmə kombinatında fəhlə, sonra şöbə müdiri vəzifəsində işləmişdir. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsi almışdır.1995-ci ildən 244 №li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Hal- hazirda Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Bir sıra döyüş medalları ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu ilə və müxtəlif fəxri fərmanlarla təltif edilmişdir. Binəqədi rayon Təhsil şöbəsinin xüsusi təşəkkürünə layiq görülmüşdür. Dövrü mətbuatda şeirləri və hekayələri ilə mütəmadi olaraq çıxış edir.
244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi