Son Zəng

Bakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid məzunlarımızın ailə üzvləri, müəllim və şagird kollektivi, valideynlər, 1-ci sinif şagirdləri iştirak ediblər.Tədbir rəsmi və bədii hissədən ibarət olub.İlk öncə ənənəyə sadiq qalaraq şəhid məzunlarımızın abidəsi ziyarət olunub.Tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nisə Fərəcova çıxış edərək suveren Azərbaycanın yeni məzunlarını təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.Rəsmi hissədə çıxış edən qonaqlar, həmçinin şəhid anaları məzunlar təbrik edib, onlara qəhrəmanlıq yolu keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə uca tutmağı tövsiyyə ediblər.
Bədii hissə MÜTDA və BŞTİ-nin təlimatlarına əsasən milli-mənəvi dəyərlərimizə uyğun şəkildə təşkil olunub. Hər sinif öz çıxışı ilə təşəkkür və duyğularını ifadə edib, bədii kompozisiya nümunələrini göstəriblər.
Tədbirin sonunda ənənəvi olaraq "Bilik açar" növbəti ilin məzunlarına ötürülüb.
Və nəhayət körpə fidanlar XI sinif məzunları üçün "Son zəng" çalıblar.