Robototexnika təlimlərinə yekun vuruldu

"Schlumberger Logelco Inc" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məktəbimizdə 14 yaş və daha yuxarı yaşda olan qız şagirdləri üçün iki aylıq Robototexnika təlimləri təşkil edildi. Bu gün "AzeRobot" tədris mərkəzi tərəfindən həyata keçirilən təlimlərdə iştirak edən şagirdlərimizin iki ay ərzində gördükləri işlərdən ibarət təqdimat mərasimi həyata keçirildi. Təqdimat və layihələrdə uğurla iştirak edən şagirdlərimizə sertifikatlar təqdim olundu. Tədbirdə "Schlumberger Logelco Inc" şirkətinin nümayəndələri və məktəb rəhbərliyi iştirak etdi. Şagirdlərimizə uğurlar arzu edirik!