Dəyərlərimiz – kimliyimizdir!

Hər bir xalqı digərindən fərqləndirən, onu özünəməxsus edən ən əsas amil onun milli-mənəvi dəyərləridir. Bu dəyərlər bizim həyat tərzimiz, düşüncə və davranış formamız, mənəvi dayanağımızdır. Biz bu dəyərlərlə böyüyür, formalaşır və gələcəyə doğru yol alırıq. Dəyərlərimizi qorumaq – həm keçmişimizi yaşatmaq, həm də gələcəyimizi qurmaq deməkdir.

Məhz bu məqsədlə məktəbimizdə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 5-ci sinif şagirdlərinin iştirakı ilə “Dəyərlərimiz – kimliyimizdir!” adlı maraqlı və mənalı bir tədbir keçirildi. Tədbirdə şagirdlər milli musiqilərimizdən nümunələr təqdim etdilər, qədim və zəngin xalq rəqslərimizi ifa etdilər, dəyərlərimizi əks etdirən şeirlərlə çıxış etdilər.

Bu tədbir şagirdlərimizin milli-mənəvi dəyərlərimizi daha dərindən qavramasına, onlara sahib çıxaraq gələcək nəsillərə ötürmək məsuliyyətini hiss etməsinə böyük töhfə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi