"İmtahan həyəcanının idarə olunması" mövzusunda maarifləndirici-profilaktik söhbətlər aparıldı

İmtahan həyəcanı ilə necə başa çıxaq?

Şagirdlərimizin emosional rifahı və psixoloji hazırlığı bizim üçün hər zaman ön plandadır. Bu məqsədlə məktəbimizin psixoloq Suğra Qurbanova tərəfindən 4-cü və 6-cı sinif şagirdləri ilə "İmtahan həyəcanının idarə olunması" mövzusunda maarifləndirici-profilaktik söhbətlər aparılmışdır.

Görüş zamanı şagirdlərə:

• Dərin və ritmik nəfəs texnikaları,

• Gərginliyi azaltmaq üçün təsəvvür yaratma (vizualizasiya) texnikası,

• Özünəinamı artıran motivasiya kartları və onların istifadəsi haqqında ətraflı məlumat verilmişdir.

Bu praktiki üsullar şagirdlərimizin imtahan öncəsi daha rahat, özünəinamlı və pozitiv olmalarına kömək edəcək. Görüş həm də onların hisslərini tanımaq və idarə etmək bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Unutmayaq ki, güclü biliklə yanaşı, güclü psixoloji hazırlıq da uğurun əsas açarlarından biridir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi