"Konsititusiya-Dövlətçiliyimizin qarantı" adı tədbir keçirilmişdir.

Məktəbdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndərimiz, müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Konsititusiya-Dövlətçiliyimizin qarantı" adli tədbir kecirilmişdir.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan tarixində qoyduğu silinməz izlərindən və xalqımızın rifahının təmin olunmasında əvəzsiz rolundan danışılmışdır. Tarix müəllimi Dürdanə Məmmədova Ümummilli lider Heydər Əliyevin hərtərəfli və dərin düşünülmüş siyasətindən geniş məruzə ilə çıxış etmişdir.

Şagirdlərimizin ifasında mahnılar, şeirlər səsləndirilmişdir. Sonda məktəbin direktoru Nisə Fərəcova çıxışında Azərbaycan mədəniyyətinin beşiyi, milli kimliyimizin simvolu Şuşaya Ulu öndərin nə qədər önəm verməsindən bəhs etmiş, şagirdlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi