Şəhid anıldı

Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü ilə əlaqədar olaraq məktəbin şəhidin adını daşıdığı 8a sinfi, o cümlədən 5a sinfinin şagirdləri və müəllimləri şəhidin məzarını ziyarət etmişlər. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Səfərov ölümündən sonra "Vətən uğrunda" , Xocavəndin azad olunmasına görə" , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin adı təhsil aldığı Türkiyənin Balıkəsir Universitetində də əbədiləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi