Dövrü mətbuat nə deyir?

Məktəb kitabxanası tərəfindən hazırlanan "Dövrü mətbuat nə deyir?" layihəsinin növbəti rubrikasında "Səs" qazetinin 6 may buraxılışında dərc olunmuş Milli mətbuatımızın qızıl səhifəsi olan "Əkinçi" qazetinin 150 illik tarixindən bəhs edən məqalə təqdim olunmuşdur. Qeyd edək ki, "Dövrü mətbuat nə deyir?" layihəsinin təşkil olunmasında məqsəd məktəb kitabxanasına daxil olan qazet və jurnallara marağın artırılması, onlarda dərc olunmuş maraqlı informasiyaların şagird və müəllim kollektivinə daha operativ çatdırılmasından ibarətdir.