Milli musiqimiz xalqımızın milli dəyəridir

May ayının 1-də məktəbin 2024-2025-ci tədris ili üzrə Tədbirlər planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Milli musiqimiz xalqımızın milli dəyəridir" adlı musiqi günü təşkil edildi. Məktəbin xüsusi musiqi istedadı olan şagirdləri bir yerə toplanaraq musiqi müəllimi Hədiyyə Kəlbiyevanın rəhbərliyi altında müxtəlif musiqi alətlərində milli mənəvi dəyərlərimizin tərənnüm olunduğu xalq mahnılarımızı səsləndirib, rəqslər nümayiş etdirdilər.Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər.