"Ailəm və Məktəbim" layihəsi çərçivəsində maarifləndirici görüş

Bu gün məktəbimizdə "Ailəm və Məktəbim" layihəsi çərçivəsində növbəti görüş keçirildi. Görüşdə layihə üzrə müəyyənləşdirilmiş mövzulardan biri olan "Uşaq yalanının səbəbləri" başlığı ətrafında maarifləndirici müzakirələr aparıldı.
Tədbirdə uşaqlarda yalan danışma davranışının yaşa uyğunluğu, yaranma səbəbləri və bu davranışın uşağın psixoloji inkişafında oynadığı rol geniş şəkildə psixoloji aspektdən təhlil olundu. Həm valideynlər, həm də müəllimlər üçün praktik tövsiyələr təqdim edildi.
Görüşün sonunda iştirakçıların sualları cavablandırıldı, mövzu ilə bağlı əlavə aydınlaşdırmalar verildi.