Şagird Nailiyyəti

Aprel ayının 4-də Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Zəkaların Mübarizəsi" olimpiadasının Bilik yarışı istiqaməti üzrə rayondaxili seçim məqsədilə intellektual yarış keçirildi. Məktəbimizin X-XI sinif şagirdlərindən ibarət komandası yarışmanın seçim mərhələsinin qalibi oldu. Beləliklə, komandamız "Zəkaların Mübarizəsi" olimpiadasında Səbail rayonunu təmsil edəcəklər.
Bu münasibətlə şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!