DİN Polis Akademiyasının əməkdaşları şagirdlərlə görüşdü
Bu gün məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantı İranə Vahabova və Səbail rayon Polis İdarəsinin əməkdaşı polis kapitanı Əkbər İbayevin iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilmişdir.