8 noyabr-Zəfər bayramı təntənəli şəkildə qeyd edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsi misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə məktəbimizdə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, Səbail rayon şəhid anaları, Səbail rayon İcra Hakimiyyəti nümayəndələri, müharibə veteranları, müəllim və şagirdlər iştirak etmişlər.