"Kitab mənim dostumdur!"-STEAM dərsində maraqlı fəaliyyət
Bu gün şagirdlərimiz məktəb kitabxanasında "Kitab mənim dostumdur!" mövzusunda STEAM dərsi keçdilər. Onlar müəllimlər Güləndam Gülmalıyeva, Şəlalə Seyidovanın rəhbərliyi ilə təmirə ehtiyacı olan kitabları bərpa edərək məktəb kitabxanasına töhfə vermiş oldular.
Qeyd edək ki, bu kimi fəaliyyətlərin dərs prosesinə inteqrasiyası şagirdlərin kollektiv bacarıq vərdişlərinin inkişafında müstəsna rol oynayır.