Ilk dərslər "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olundu

Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili ilə bağlı əmrinə əsasən 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuşdur. Bu münasibətlə məktəbimizdə də ilk dərslər mövzuya uyğun təşkil edildi.