III Uşaq kitab festivalı

III Uşaq kitab festivalı artıq iki gündür ki, öz işinə başlayıb. 6c sinfinin şagirdləri festivala böyük həvəslə hazırlaşmış və bu gün müəllim Güləndam Gülmalıyevanın rəhbərliyi ilə həmin festivalda iştirak etmişlər. Qeyd edək ki, festival 6-9 iyun tarixlərində ABU arena idman kompleksində keçiriləcək.