28 may-Müstəqillik günüdür!

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Artıq Müstəqillik Günü xüsusi əhval-ruhiyyə ,böyük sevinc və qürur hissi ilə qeyd edilir. Üçrəngli bayrağımız Qarabağda dalğalanır.

Bu münasibətlə məktəbdə 28 may- Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi.

Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Məktəbimizi birlikdə gözəlləşdirək!" devizi altında keçirilən güləkmə aksiyasında fərqlənən siniflər Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olundular.

Məktəbin psixoloqu Suğra Qurbanova Tədbirlər planına əsasən keçirdiyi "İlin ən yaxşıları" layihəsinin yekun nəticələrinə əsasən siniflər qiymətləndirildi. Şagird- davranış qaydalarına ən yaxşı əməl edən siniflər, ən yaxşı sağlam - psixoloji mühitə malik siniflər, ən çox uğur qazanan siniflər nominasiyaları üzrə I II və III yer olmaqla diplomlarla təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi