Ailəm və məktəbim layihəsi çərçivəsində növbəti görüş keçirildi

"Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti görüş keçirilib.
15 may Beynəlxalq ailə günündə şəhid Milli qəhrəman Şükür Həmidovun ailəsi ilə görüş keçirilib. Görüşdə Milli qəhrəmanın ailə üzvləri- həyat yoldaşı Könül Həmidova, oğlu Nurlan Həmidov, qardaşı Əsəd Həmidov,bacıları Qərənfil xanım və Vəfa xanım, Səbail rayon İcra Hakimiyyətinin müavini Kəmalə Haşımova, məktəbin direktoru Nisə Fərəcova, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nisə Fərəcova qonaqları salamladı və bildirdi ki, Beynəlxalq ailə günündə şəhid ailəsi ilə bir yerdə olmaqdan hər birimiz qürur duyuruq.
Sonra  Şükür Həmidov haqqında çəkilmiş Aprel yüksəkliyi filmi nümayiş etdirildi. Daha sonra şəhidin qardaşı Əsəd Həmidov onunla bağlı xatirələrini bölüşdü.Sonda Kəmalə Haşımova çıxış edərək Azərbaycan xalqının qüdrətindən, şəhid ailələrinə daim diqqət və qayğı göstərməyin bir vətəndaşlıq borcu olmasından, məktəblilərin yaxşı təhsil almağın vacibliyindən söz açdı. Şəhidin ailə üzvlərinə öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi