Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir!

10 may Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Bu münasibətlə məktəb rəhbərliyi və müəllimlər Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında yerləşən Ulu Öndərin büstünü ziyarət etmişlər. Daha sonra məktəbdə "Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir!" mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada şagirdlər Ulu Öndərə həsr olunmuş şerlər söyləmiş, "Fidanlar" xor qrupunun ifasında mahnılar səsləndirilmiş və videoçarxlar nümayiş olunmuşdur. Sonda məktəbin direktoru Nisə Fərəcova tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş müxtəlif tədbirlərdə inşa,şeir və rəsm müsabiqələrində iştirak etmiş şagirdləri və "Fidanlar" xor kollektivinin üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi