Kimya-biologiya aylığı

Bildiyimiz kimi aprel ayı məktəbimizdə "Kimya-biologiya aylığı" elan olunmuşdur. Bu çərçivədə məktəbdə bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, maraqlı viktorinalar təşkil olunmuş, ekskursiyalar təşkil edilmiş və yekun tədbirlə sonlandırılmışdır. Məktəbin 9ç, 9b və 11b sinif şagirdləri kimya müəllimi Könül Həsənovanın rəhbərliyi altında Y.H.Məmmədəliyev adına Neft-kimya prosesləri institutunda olmuş, müəllimlər Reyhan Ağayeva, Afət Qaçayeva, Məlakə Kərimovanın təşəbbüsü ilə VII və VIII siniflərin təqdimatında "Kimya-biologiya möcüzələri" adlı interaktiv tədbir təşkil edilmişdir. Tədbirdə şagirdlər müxtəlif kimyəvi təcrübələr aparıb, planetimizin fauna və florasının mühafizəsinə çağırış xarakterli səhnəciklər nümayiş etdirmişlər. Tədbir 5a sinfinin təbiətin qorunmasına həsr olunmuş maraqlı və şən rəqsi ilə yekunlaşmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi